Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib

20:02 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Birləşmiş Ştatların Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına yardım göstərmək səylərini davam etdirmək niyyətini alqışlayır və bu cür təşəbbüslərə açıqdır.

Hafta.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirməsi və Kiyevə müxtəlif növ yardım göstərməsi səbəbindən ABŞ-ni tam neytral tərəf hesab etmək mümkün olmasa da, Moskva ABŞ Prezidenti Donald Trampın və onun danışıqlar qrupunun münaqişənin sülh yolu ilə nizamlanmasına keçidə töhfə vermək istəyini yüksək qiymətləndirir.

“Biz bunu alqışlayacağıq. Biz bu cür vasitəçilik xidmətlərinə, eləcə də sülh yolu ilə nizamlanma prosesinin özünə açığıq”, – deyə Kremlin nümayəndəsi bildirib.