İsxak Hersoq COP29-da iştirak edəcək

17:46 27.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq COP29-da iştirak üçün Bakıya gələcək.

Hafta.az xəbər verir ki, o bu barədə Prezident İlham Əliyevə təbrik məktubunda bildirib.

“Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm”, - deyə qeyd edib.

Oxunma sayı 79
Siyasət rubrikasından digər xəbərlər