İtaliya səfiri azərbaycanlı tələbələrə təqaüdləri təqdim edib

12:20 20.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri, 2021/2022 tədris ili üzrə qalib gələn namizədlərə Magistr pilləsi üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən verilən təqaüdləri təqdim edib.

Hafta.az-ın yazdığına görə, mərasim zamanı tələbələr İtaliyada onları gözləyən universitet həyatı ilə bağlı həyəcanlarını bölüşüb, özləri haqqında diplomata geniş məlumat veriblər.

Məlumat üçün bildirək ki, azərbaycanlı tələbələr İtaliya universitetlərində əsasən Neft Mühəndisliyi, İnformasiya Texnologiyaları, Biznesin İdarə Edilməsi, Turizm Strategiyaları və İtaliya istehsalı, Şərabçılıq və Üzümçülük üzrə təhsil alacaqlar.

Oxunma sayı 462