İtaliyada son sutka ərzində koronavirusdan 600-dən çox insan ölüb

22:09 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada koronavirusdan ölənlərin sayı 4032-yə çatıb. 

İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb. Gün ərzində 5986 nəfər isə virusa yoluxub.

Bu barədə İtaliyanın Mülki müdafiə departamentinin müdiri Ancelo Borrelli açıqlamasında bildirib.

O qeyd edib ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 47 min 21-ə çatıb. Bu günədək 5 min 129 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Oxunma sayı 191