Laçın rayonuna dolu düşüb

15:54 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın rayonunun bir neçə kəndinə dolu düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 15:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, saat 14:07-14:11 radələrində Laçın rayonunun Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə intensiv yağışla birlikdə diametri 8-10 mm olan dolu düşüb.