Latviya səfiri: “Mədəniyyət və incəsənət xalqları bir araya gətirən ümumbəşəri dildir”

15:36 04.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Latviyanın Azərbaycandakı səfiri Edqars Skuja Arts Council Azerbaijan şirkətinin dəvəti ilə “Gəncənin Turizm Xəzinələri” açıq havada incəsənət seminarında iştirak edib.

Hafta.az yazır ki, tədbir Bakının Köhnə Şəhərdə (İçərişəhər) Qız qalası meydanında keçirilib.

Latviya səfiri Gəncə şəhərinin zəngin mədəni irsindən və memarlığından ilhamlanaraq açıq havada sənət əsərləri yaradan gənc azərbaycanlı rəssamlarla görüşüb. Səfir müəlliflərin ustalığını və öz bölgəsinin tarixi hekayəsini təsviri incəsənət vasitəsilə çatdırmaq bacarıqlarını yüksək qiymətləndirib.

Görüş çərçivəsində səfir təşkilatçılar və incəsənət ictimaiyyətinin nümayəndələri ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib. İki ölkə arasında mədəni-bədii əlaqələrin möhkəmləndirilməsinə, həmçinin birgə layihə və sərgilərin təşkilində mümkün əməkdaşlığa xüsusi diqqət ayırılıb.

"Mədəniyyət və incəsənət xalqları bir araya gətirən ümumbəşəri dildir. Bu cür tədbirlər təkcə Azərbaycan regionlarının mədəni dərinliyini nümayiş etdirmir, həm də Latviya ilə Azərbaycan arasında dialoq və yeni yaradıcı körpülərin salınması üçün böyük platforma kimi xidmət edir”, - deyə səfir Edqars Skuja vurğulayıb.