Yazını böyüt
Yazını kiçilt
Aİ Çinin Litvaya qarşı ticarət məhdudiyyətləri və Çinin yüksək texnologiyalı patent siyasətinə görə Pekinə qarşı ÜTT iddiası qaldırıb. Bu barədə hafta.az Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.
Avropa İttifaqı Litvanın ixracına və yüksək texnologiya patentlərinə qoyulan ticarət məhdudiyyətləri ilə bağlı ÇXR ilə davam edən ticarət mübahisələri üzrə ÜTT arbitrləri panelinin çağırılmasını tələb edib.
"Çinin tədbirləri biznesimizə ciddi ziyan vurur və bizim hüquqlarımızı qorumaq bizim borcumuzdur" deyə Brüssel bildirib.
Çin, 2021-ci ildə bu ölkənin Tayvanın diplomatik nümayəndəliyini açmaq qərarından sonra Litvadan bütün ixracı bloklayıb.