Aİ ölkələrinin müdafiə xərcləri 200 milyard avronu keçib

14:22 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına (Aİ) üzv ölkələr ilk dəfə 2021-ci ildə müdafiəyə 200 milyard avrodan çox vəsait xərcləyib.

Avropa Müdafiə Agentliyinin (EDA) Danimarka istisna olmaqla 26 Aİ ölkəsinin verdiyi məlumatları nəzərə alan hesabata görə, müdafiə xərcləri keçən il ilk dəfə olaraq 200 milyard avronu keçərək 214 milyard avroya çatıb.

Üzv ölkələrin ümumi daxili məhsulunun 1,5 faizini təşkil edən bu məbləğ 2020-ci illə müqayisədə 6 faiz artıma uyğundur.

Ən böyük artım İtaliya, Finlandiya, Yunanıstan və Sloveniyada müşahidə olunub.

EDA-nın illik hesabatında “Rusiyanın Ukraynadakı müharibəsindən sonra üzv dövlətlərin bəyanatları xərclərin artımının növbəti illərdə də davam edəcəyini göstərir” bildirilir.

EDA üzvləri birgə satınalmalara da daha çox pul xərcləyiblər. Bu məbləğ 11 faizdən 18 faizə yüksəlib.

Oxunma sayı 1345