Aİ Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gələ bilməyib

18:39 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına üzv ölkələrin iqtisadiyyat və maliyyə nazirləri Ukraynaya 2023-cü il üçün 18 milyard avroya qədər yeni makromaliyyə kredit dəstəyi paketi üzrə razılığa gələ bilməyiblər. Bu barədə Aİ Şurasına sədrlik edən Çexiyanın maliyyə naziri Zbinek Stanyura bildirib.

"Təəssüf ki, biz bütün paketi qəbul edə bilmədik" deyən Stanyura, "məqsədin dəyişməz olaraq qaldığını - "yanvarın əvvəlində" Ukraynaya vəsait köçürməyə başlamaq olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı mövcud vəziyyətin həlli yollarını axtaracaq.

“Politico” yazır ki, Macarıstan Ukraynaya yardım paketi ilə bağlı razılaşmanı əngəlləyib. Qeyd olunur ki, alternativ həll yolu Aİ ölkələrindən milli büdcə zəmanətləri verməsini tələb edəcək ki, bu da bəzi hallarda parlamentin təsdiqini tələb edir ki, bu da müəyyən vaxt apara bilər.

Oxunma sayı 1945