Aborigenlər qorxunc timsahı yedilər

09:10 21.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada aborigenlər uşaqları qovub, itləri öldürən timsah tutulduqdan sonra yeyiblər.

Hafta.az-ın “ABC News”a istinadən yazdığına görə, şimal ərazisi bölgəsinin Bulla qəsəbəsində ötən həftə baş verən hadisədə uzun müddət uşaqlara və itlərə hücum edən təxminən 3,6 metrlik timsah yaxalanıb.

Polisin verdiyi açıqlamada, qrupların timsahı yerli camaat üçün ciddi risk təşkil etdiyi səbəbiylə öldürdükləri bildirilib.

Şimal Ərazi Polis Xidmətindən Endryu Makbrayd bildirib ki, onlar yerli icmanın tanınmış liderləri, həmçinin Milli Park və Vəhşi Təbiəti Mühafizəsi rəsmiləri ilə görüşüb və timsahı öldürmək qərarına gəliblər.

Makbrayd bildirib ki, timsah daha sonra yerli sakinlər tərəfindən ənənəvi şəkildə bişirilib yeyilib.

Polis heyvanın bir hissəsinin banan yarpaqlarına bükülmüş və torpağın altında bişirildiyini, digər hissəsinin isə timsah quyruğu şorbası hazırlamaq üçün istifadə edildiyini bildirib.

"Ənənəyə görə olduqca böyük bir ziyafət var idi" deyib MakBrayd.

Səlahiyyətlilər, timsahın aprel ayında baş verən sel nəticəsində bölgədəki Baynes çayına çatdığını bildirib.

Çayın ətrafında yaşayış məntəqələrinin olduğu, timsahın son vaxtlar uşaqlara və böyüklərə hücum etdiyi, bir neçə nəfərin itini öldürdüyü bildirilib.

Vəhşi təbiət üzrə mütəxəssis Kristen Hay duzlu su timsahlarının uzunluğunun 6 metrə, çəkisinin isə 1 tona çata bildiyini bildirib.

Mütəxəssis, duzlu su timsahlarının "demək olar ki, tapdıqları hər şeyi yediklərini" bildirərək, sakinlərdən, xüsusən də bataqlıq ərazilərdə diqqətli olmalarını xahiş edib.

Aprel ayında Kvinslend əyalətində baş verən hadisədə 16 yaşlı uşaq çimərkən timsahın hücumuna məruz qalaraq həyatını itirmişdi.

Oxunma sayı 195