ABŞ 100 ölkəyə 500 milyon doza “Pfizer” vaksini ianə edəcək

12:09 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Co Baydenin administrasiyası qarşıdakı iki il ərzində koronavirus əleyhinə 500 milyon doza “Pfizer” vaksini almağı və həmin vaksinləri təxminən 100 ölkə üçün ianə etməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, ABŞ bu il 200 milyon doza, gələn ilin birinci yarısında isə daha 300 milyon doza ianə etməyi nəzərdə tutur. Vaksinlərin əsas etibarilə gəlirləri aşağı səviyyədə olan 92 ölkəyə və Afrika İttifaqına verilməsi planlaşdırılır. 500 milyon doza vaksin 250 milyon insanın peyvəndlənməsi üçün kifayət edəcək.

Bütün bu tədbirlər COVAX proqramı vasitəsilə həyata keçiriləcək. ABŞ bu vaksinlərin azı 75 faizini COVAX platformasına təqdim edəcək, vaksinlərin qalan 25 faizi isə ölkələrə birbaşa çatdırılacaq.

Oxunma sayı 561