ABŞ Aİ-yə qazın min kubmetrini 380 dollardan tədarük etməyə hazırdır

11:15 16.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ uzunmüddətli müqavilələr əsasında Avropa ölkələrinə qazın MMBtu üçün 12 ABŞ dolları (təxminən min kubmetr təbii yanacağa görə 380 dollar) qiymətinə tədarük etməyə hazırdır. Amerikanın iri qaz istehsalçısı - EQT şirkətinin rəhbəri Tobi Raysın sözlərini "Kommersant" qəzeti sitat gətirir.

“Biz qazı Avropanın astanasına MMBtu üçün 12 dollar qiymətinə çatdıra bilərik və bu, ABŞ-da qazın bir MMBtu üçün 4 dollar qiyməti deməkdir”, - deyə Rays bildirib.

Eyni zamanda qazın qiyməti hazırda MMBtu üçün 20 dollar təşkil edir. Lazım gələrsə, ABŞ Rusiya qazını əvəz etmək üçün Avropaya alternativ yanacaq təchizatçısı olmağa hazırdır. Bununla belə, tədarükü artırmaq üçün daxili bazarda sənayeyə investisiyaları artırmaq lazımdır”, - deyə o vurğulayıb.