ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

21:57 21.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Avropa İttifaqı Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.

Hafta.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken konqresdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə qarşı artıq sanksiyalar tətbiq edib.

"Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb.

Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq etmişdi.

Oxunma sayı 121