ABŞ-da baş verən atışma nəticəsində 4 nəfər həyatını itirib

12:49 22.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Alabama ştatının Birminhem şəhərində baş verən atışma nəticəsində 4 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Trend-in verdiyi məlumata görə, Birminhem polis zabiti Truman Fitsgerald bildirib ki, hadisə yerində onlarla yaralı aşkar edilib. Üç nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.