Keçən il ABŞ-da bir qadının 15-49 yaş arasında dünyaya gətirə biləcəyi uşaqların orta sayını ifadə edən ümumi doğurğanlıq əmsalı 1930-cu illərdən bəri ən aşağı səviyyəyə düşüb.
Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, ABŞ-da 2023-cü ildə ümumi doğuş nisbəti 2022-ci ilə nisbətən 2 faiz azalaraq 1,62 uşaq olaraq müəyyən edilib.
Ölkədə 40 yaşda olan qadınların doğum səviyyəsi sabit qaldığı halda, 35-39 yaş qrupunda doğum səviyyəsinin 5,47 faiz, 20-24 yaş qrupunda isə 4 faiz azaldığı müəyyən edilib.
ABŞ-da əhali qeydlərinin aparılmağa başlandığı 1930-cu illərdən bəri ümumi doğuş nisbətinin ən aşağı səviyyəyə enməsi ölkədə gənclərin uşaq sahibi olmaqdan imtina etmələri və ya prosesi təxirə salmaq meylinə səbəb olub. Buna səbəb kimi isə ev sahibi olmaq, tələbə krediti borclarını ödəmək və uşaq baxımı kimi iqtisadi və sosial çətinliklər açıqlanıb.
ABŞ-da 2008-ci il iqtisadi böhranından sonra azalma tendensiyası yaşayan ümumi doğuş nisbəti 2007-ci ildə 2,12 uşaq olaraq qeydə alınıb ki, bu da "yenilənmə sürəti" olaraq xarakterizə edilir və əhalinin sayını qoruyur.
Mühacirlərin ölkəyə cəlb edilməsinin uzunmüddətli perspektivdə ümumi doğuş nisbətinin azalması ilə yaranacaq işçi qüvvəsi boşluğunu dolduracağı və əhalinin kəmiyyətini tarazlaşdıracağı gözlənilir.