ABŞ da Ermənistan ordusunu SİLAHLANDIRACAQ

17:10 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ordusu Ermənistan silahlı qüvvələrinə hərbi təlimlərdə və digər sahələrdə köməklik göstərəcək. Bunu ABŞ-ın Avropa Komandanlığı rəhbərinin müavini general-leytenant Stiven Başam Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanla görüşündə deyib.

İki tərəf arasında görüş ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında baş tutub.

“Başam Birləşmiş Ştatların cari əməkdaşlıq proqramlarını təşviq etməyə, eləcə də yeni sahələr üzrə təşəbbüslərə davam etməyə hazır olduğunu bildirib”, - məlumatda bildirilib.

Bu istiqamətlərə: əsgər və zabitlərin peşəkarlaşdırılması, ordunun peşəkar tərkibinin möhkəmləndirilməsi, hərbi təhsil, döyüş hazırlığı və s. aiddir. Bundan əlavə, tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Sentyabrda ABŞ Ermənistana yardım dairəsinin genişləndirilməsinin vacibliyini bəyan edib.

Siyasət rubrikasından digər xəbərlər