ABŞ-da kilsə rəhbəri övladlığa götürdüyü qızı işgəncə ilə öldürüb

18:40 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da Kaliforniyada protestant kilsəsinin lideri olan 49 yaşlı Letitia McCormack üç qızına işgəncə verməkdə və onlardan birinin ölümü ilə nəticələnməkdə ittiham olunub. Bu barədə “Mirror” məlumat yayıb.

Məhkəmə protokollarına görə, müttəhim valideynləri ilə birlikdə qızlara qarşı fiziki zorakılıq tətbiq edib. Belə ki, Makkormak uşaqları çubuqlarla döyüb.

Məlum olub ki, qohumlar uşaqları yeməkdə məhdudlaşdırıb, tualetə buraxmayıblar.

Təcavüz nəticəsində qızlardan biri dünyasını dəyişib. Ölüm zamanı qız 15 sınıqdan sağalırdı. Onun çəkisi 22 kq idi.

Bu işdə Makkomarkın əri də iştirak edirdi. Lakin istintaq başlayanda həmin şəxs özünü güllələyib.

Digər üç qohum isə uşaq istismarında, qadın və onun atası isə qətldə ittiham olunublar.

Oxunma sayı 1704