Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin cənub-qərbində yerləşən Tuson şəhərində silahlı şəxs şəhər mərkəzində toplaşan insanların üzərinə atəş açıb.
Hafta.az xəbər verir ki, hadisə şəhərin ən hərəkətli ərazilərindən biri olan İst-Konqress küçəsində baş verib. Məlumata görə, polis əməkdaşları silahlı şəxsi zərərsizləşdirmək üçün xidməti silahdan istifadə ediblər.
Şübhəli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində daha doqquz nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır./"The New York Post"/