ABŞ gizli olaraq Ukraynaya 100-dən çox ATACMS raketi göndərib

09:05 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“New York Times” qəzeti Ukraynaya gizli şəkildə göndərilən ATACMS raketlərindən bəhs edən xəbər yayıb.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın artıq Kiyevə göndərdiyi raketlərin sayı 100-dən çoxdur. Qəzet sözügedən hərbi yardımın mart ayında açıqlanan 300 milyon dollarlıq paketə daxil olduğunu bildirib.

ABŞ daha əvvəl Ukraynaya 165 kilometr mənzilli ATACMS raketləri göndərmişdi. Mart ayında təhvil verilən dəqiq idarə olunan raketlər 300 kilometrdən çox uçuş məsafəsinə malikdir.