ABŞ hərbçisi Qəzzadakı olaylara etiraz olaraq Ağ Ev qarşısında aclıq edir

18:46 05.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hərbi Hava Qüvvələrinin yüksək rütbəli əsgəri beynəlxalq ictimaiyyətin diqqətini Qəzza əhalisinin acınacaqlı vəziyyətinə cəlb etmək üçün aclıq aksiyası elan edib.

Hafta.az xəbər verir ki, “Commondreams” nəşrinin yaydığı məlumata görə, Larri Hebert adlı əsgər bazar günündən Ağ Evin yaxınlığında aclıq aksiyasına başlayıb.

ABŞ hərbçisi aprelin 1-dən 6-dək səhər saat 10:00-dan 15:00-a qədər Ağ Ev qarşısında olacağını və daha sonra Konqresin yenidən iclasa başladığı bazar ertəsi, aprelin 8-dən başlayaraq Nümayəndələr Palatasının önünə keçəcəyini bildirib.

Bu yaxınlarda Sülh naminə Veteranlar təşkilatına qoşulan hərbçi Hebert deyib ki , o , xidmətdə olan hərbçi Aaron Buşnellin özünü yandırmasından ilhamlanıb.

O, hərbi geyimdə deyil, bu, hərbi nizamnamələrin pozulması sayıla bilər.

Hebert İspaniyanın NAVSTA bazasında təyin olunmuş avionika üzrə texnik kimi işləyib. Baza bölgədəki hərbi birləşmələrə yük, yanacaq və logistika dəstəyi verir və üç aktiv estakada ilə ABŞ və NATO gəmilərini dəstəkləyir.

O əlində "Hərbi Hava Qüvvələrinin Baş Pilotu, Qəzza xalqı aclıqdan öldüyü bir vaxtda mən heç nə yeməyəcəyəm"- pankartını saxlayıb.

Xatırladılır ki, bundan əvvəl Qəzzada olaylara etiraz edən başqa bir əsgər Aaron Buşnel Vaşinqtondakı İsrail səfirliyi qarşısında özünü yandırıb.

Larri Hebert müsahibəsində deyib: “Qəzzada dinc əhali aclıq çəkir, hər an bombalanır və hədəfə alınır, ona görə də aclıq aksiyası keçirirəm. Aaron Bushnelin etdiyi cəsarətli bir hərəkət idi və məni təsirləndirdi. Mən özümü onda gördüm, çünki onun hiss etdikləri mənim hiss etdiyim şey idi”.