Twitter-in yeni sahibi Elon Mask, ABŞ hökumətinin bütün şəxsi mesajları gördüyünü iddia edib.
Hafta.az-ın yazdığına görə, Fox News kanalında Taker Karlsonun qonağı olan Mask şirkəti satın alana qədər bu faktdan xəbərsiz olduğunu bildirərək, dövlət qurumlarının sosial medianın monitorinqinə dair səriştəsi ilə bağlı “çaşbaş qaldığı” barədə fikirlərini səsləndirib.
“Dövlət qurumlarının Twitter-də baş verən hər şeyə nə dərəcədə tam çıxış əldə etməsi məni heyrətə gətirdi” deyib Mask.
Süni intellektdəki inkişaflarla bağlı narahatlıqlarını təkrarlayan Mask, bu texnologiyanın sivilizasiyanı məhv etmək potensialına malik olduğunu bildirib. "Süni intellekt səhv idarə olunan təyyarə dizaynından və ya pis avtomobil istehsalından daha təhlükəlidir. Hətta sivilizasiyanı məhv etmək potensialına malikdir”, - deyə o, narahatlığını ifadə edib.
Süni intellektlə bağlı narahatlıqların şişirdilmiş olmadığını qeyd edən Mask bildirib ki, internetin çox qaranlıq tərəfi var və bunun nəzərə alınması lazımdır.