ABŞ-ın strateji neft ehtiyatları ən aşağı səviyyəyə düşüb

19:20 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da strateji neft ehtiyatı 401,7 milyon barrelə qədər azalıb. Hafta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının həftəlik icmalında məlumat verilib.

Bildirilir ki, neft ehtiyatı 3,4 milyon barel və ya 0,8% azalıb - hazırda bu rəqəm 1984-cü ilin mayından bəri ən aşağı səviyyədədir.

Bundan əvvəl “New York Times” Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə birlikdə hasilatı azaldaraq, Rusiyanın xeyrinə neft hasilatını artırmaq üçün ABŞ-la gizli razılaşmanı pozduğunu yazıb.