Yazını böyüt
Yazını kiçilt
Dövlət Departamenti çərşənbə günü İranın İraq Kürdüstanını atəşə tutmasını İraqın suverenliyinin əsassız pozulması adlandırıb.
Hafta.az bildirir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays yazılı açıqlamada "İranın İraq Kürdüstanına hücum etmək üçün ballistik raketlər və pilotsuz təyyarələrdən istifadə etməsini şiddətlə qınayırıq, bu, İraqın suverenliyi və ərazi bütövlüyünün əsassız şəkildə pozulmasıdır" deyib.
Dövlət Departamenti həmçinin “bu hücumlar qarşısında İraq xalqına və hökumətinə dəstək” ifadə edib.
Çərşənbə günü səhər saatlarında İran tərəfinin Ərbil və Süleymaniyyə əyalətlərinə ən azı 360 raket atdığı məlum olub. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində azı 9 nəfər ölüb, 30-dan çox insan yaralanıb.