ABŞ səfiri Rusiyanın Lvova raket hücumunu pislədi

14:15 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink Rusiyanın Lvovda mülki şəxslərə raket hücumuna sərt reaksiya verib.

Hafta.az-ın xəbərinə görə, xanım diplomat şəxsi twitter səhifəsində yazıb: "Rusiyanın Lvova daha bir vəhşicəsinə raket hücumu. Rusiyanın dinc sakinləri dəfələrlə atəşə tutması sadəcə dəhşətlidir".

Səfir söz verib ki, Birləşmiş Ştatlar tərəfsiz qalmayacaq və Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək.

Qeyd edək ki, Rusiyanın Lvova raket hücumu nəticəsində iyulun 6-da səhər saat 9-a olan məlumata görə, 4 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Raket çoxmərtəbəli yaşayış binasına düşüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar iyulun 6-na keçən gecə “Kalibr” raketləri ilə Lvova hücum ediblər – Ukraynaya atılan on qanadlı raketdən yeddisi məhv edilib.

Siyasət rubrikasından digər xəbərlər