Gəncədə hərbi yürüş keçirilib

14:14 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Gəncə şəhərində təntənəli hərbi yürüş keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə rəsmilər Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, Əbədi məşəl abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında şəhərin mərkəzi prospektlərində təntənəli yürüş ediblər. Hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Yürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Gəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLARGəncədə hərbi yürüş keçirildi - FOTOLAR