ABŞ Ukraynaya 125 milyon dollarlıq yeni hərbi yardım paketi göndərəcək

10:19 23.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukraynaya 125 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırmaq niyyətindədir.

Vaşinqton avqustun 23-də növbəti tranşı elan etməyə hazırlaşır. Növbəti gün, avqustun 24-də Ukrayna Müstəqillik Gününü qeyd edəcək.

Yeni paketə hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS üçün mərmilər, tank əleyhinə “Javelin” sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, elektron döyüş texnikası daxildir.

Agentliyin məlumatına görə, silahlar Pentaqonun ehtiyatlarından veriləcək, ona görə də onlar Kiyevə həmişəkindən daha tez göndərilə bilər.