Yazını böyüt
Yazını kiçilt
ABŞ prezident administrasiyası Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Reuters xəbər verir.
Ağ Ev yeni paketin mayın 3-də çərşənbə günü elan ediləcəyini bildirib. Onun tərkib hissəsi kimi ABŞ Kiyevi hərbçilər üçün daha bir partiya sursat, müxtəlif texnika ilə təmin etmək niyyətindədir. Ağ Ev buna təxminən 300 milyon dollar xərcləyəcək.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, Ukraynanın onlardan "səmərəli şəkildə istifadə etdiyinə" işarə edərək, HIMARS mərmilərinin daxil olacağını söyləyib. Həmçinin, dövlətlər Kiyevə artilleriya, minaatan və haubitsalar üçün mərmilər və tank əleyhinə silahlar verəcək.