Yazını böyüt
Yazını kiçilt
Ukraynada uzunmüddətli böhran ABŞ və Rusiya arasında nüvə müharibəsinə səbəb ola bilər. Bu fikri jurnalist Conatan Tobin “Newsweek” üçün yazdığı məqalədə qeyd edib.
O, Amerikanın Ukraynaya qarşı daha rasional siyasət yürütməsinə çağırıb.
"Bu yanaşma Avropa üçün adi təhlükə yaratmayan nüvə dövləti ilə münaqişə ehtimalını aradan qaldırmağa yönəldiləcək", - Tobin yekunlaşdırıb.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin dünyada nüvə silahının yayılması riskinin artdığını bildirib.
Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva və Vaşinqtonun nüvə silahından istifadədən çəkinmək barədə razılığa gəldiyini bildirib.