"Əgər Ukrayna yanırsa, Moskva da yanacaq"

17:33 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 18-nə keçən gecə Rusiyaya təşkil edilən kütləvi hücumun Moskva tərəfindən bir neçə gün əvvəl Kiyevə, xüsusən də Kiyev-Peçersk Lavrasına endirilən zərbələrə cavab olduğunu bəyan edib.

Hafta.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Ukrayna dövlət başçısı jurnalistlərə açıqlamasında Rusiyanın hücumlarına sərt reaksiya verib:

"Əgər Putin bu müharibəni dayandırmaq istəmirsə və onu davam etdirmək niyyətindədirsə, biz də sakit oturmayacağıq, cavab verəcəyik. Əgər Ukrayna yanırsa, Moskva da yanacaq".

Məlumata görə, iyunun 15-də Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində 5 nəfər həyatını itirib, YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Kiyev-Peçersk Lavrasının baş kilsəsi olan Tanrı anasının Mövludu məbədi yanaraq ciddi zərər görüb.