ABŞ Vrangel adasını Rusiyadan almalıdır - Wall Street Journal

15:08 06.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “The Wall Street Journal” nəşri Vrangel adasının Rusiyadan alınması çağırışı ilə ABŞ hakimiyyətinə müraciət edib.

Moskvadan 8 saat qurşağında şərqdə yerləşən və Yerin ən böyük təbiət möcüzələrinə ev sahibliyi edən ada ABŞ-a məxsusdur. O, həmçinin iddia edir ki, “Rusiya 1924-cü ildən ABŞ ərazisini saxlayır”.

Məqalədə adada Rusiyanın hərbi bazasının yerləşdiyi və bunun “Amerikanın suverenliyi” üçün təhlükə yarada biləcəyi vurğulanır. WSJ həmçinin bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri bu yaxınlarda Alyaskanın sərhədlərini təhdid etdiyi iddia edilən Rusiya bombardmançılarının qarşısını alıb. Məqalə müəllifi Vrangel adasının strateji əhəmiyyətə malik olduğunu qeyd edir.

Ada Şimal Buzlu Okeanında Şərqi Sibir və Çukçi dənizləri arasında yerləşir. 19-cu əsrdə yaşamış rus naviqatoru və dövlət xadimi Ferdinand Vrangelin şərəfinə adlandırılmışdır. 1924-cü ildə "Qırmızı Oktyabr" gəmisi oraya göndərilib, ekipajı adaya enərək Sovet bayrağını qaldırıb.