ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

08:55 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələri yerləşdirir.

Hafta.az xəbər verir ki, Almaniyadan F-16, Böyük Britaniyadan isə F-35 qırıcıları regiona göndərilib. Bundan əlavə, Yaxın Şərqə əlavə yanacaqdaşıyan (tanker) hərbi təyyarələrin də yerləşdirildiyi bildirilir.

Nəşr qeyd edir ki, bu addım ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir. Təyyarələrin dəqiq hansı bazalarda yerləşdiriləcəyi isə hələ açıqlanmayıb./“The New York Times”/