Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda ümumi sahəsi 1600 m² (hər mərtəbəsi 800 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı (mağaza, kafe) tikilinin mansardasının taxta atmaları 80 m² sahədə yanıb.
Fövqəladə Hallar nazirliyindən hafta.az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.