Adil Qeybulla koronavirusun ağciyərdə yaratdığı fəsadların fotosunu paylaşdı

12:59 11.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19 ağ ciyərlərdə buzlu şüşə sindromuna səbəb olub.

Hafta.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.

Adil Qeybulla vətəndaşları bu xəstəliyə ciddi yanaşmağı tövsiyyə edib.

"Daha ehtiyatlı olmalı və sağlamlığımızı bir əmanət kimi qorumalıyıq".