Adıyamanda daha bir zəlzələ olub

10:39 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Adıyaman vilayətinin Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Hafta.az-ın məlumatına görə, bu barədə AFAD-ın məlumatında deyilir.

7 kilometr dərinlikdə baş verən zəlzələnin yerli vaxtla 08:27-də qeydə alındığı bildirilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.