ADY ötən ilin rekordunu təzələyir

16:51 04.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-oktyabr aylarında ADY-nin qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

Bu barədə hafta.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Məlumata görə, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.