AFFA İntizam Komitəsi üç klubu cərimələyib

13:58 17.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.