Ağ Evin yaxınlığında güllələnən əsgərlərin vəziyyəti ağırdır

09:25 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonun mərkəzində güllələnən Milli Qvardiyanın iki əsgərinin vəziyyəti ağırdır.

Hafta.az xəbər verir ki, bu barədə FTB direktoru Kaş Patel və paytaxt meri Muriel Bouzer mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, daha əvvəl Qərbi Virciniya qubernatoru Patrik Morrisey yaralanan kişi və qadın əsgərin həyatını itirdiyini açıqlamışdı. Daha sonra o, sosial mediada bu barədə ziddiyətli məlumatların olduğunu bildirib.