Ağcabədi sakinindən narkotik vasitələr götürülüb

11:25 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlqar Bağırov saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi heroin və marixuana, eləcə də elektron tərəzi aşkar edilərək götürülb.

 

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.