Ağcabədidə dönərxanada qaz sızması nəticəsində partlayış baş verib

15:24 07.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlumat verildiyi kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən hafta.az-a bildirilib ki, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 61