Yazını böyüt
Yazını kiçilt
Bakı-Bəhrəmtəpə-Beyləqan yolunun Ağcabədi rayonundan keçən hissəsində ağır nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin hafta.az-a verdiyi məlumata görə, rayonun Salmanbəyli kəndinin dördyol deyilən hissəsində Vaz 2106 markalı minik avtomobili “Ekarus” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticdə minik avtomobilində olan sərnişinlərin yaralandığı bildirilir.
Hadisənin bu gün saat 15:00 radələrində baş verdiyi qeyd olunur.
Xəsarət alanlar arasında qadınların da olduğu vurğulanır. Hadisə “Luxoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün icra edilməməsi və idarətmənin itirilməsidir.