Ağcabədidə yeni doğulmuş körpə tapıldı - FOTO

13:20 22.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

 

Hafta.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində yazıb.

 

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb:

 

"Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

 

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.

 
Oxunma sayı 263