Ağdam sakini əmisi oğlunu qətlə yetirib

11:13 19.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

Hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.