Ağdaş sakinindən odlu silah götürüldü

21:39 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

 

 
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.