Ağdaşda 1 nəfər su kanalında batıb

21:49 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda 1 nəfər su kanalında batıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefonuna Ağdaş rayonunun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.