Ağdaşda zəlzələ olub

11:06 01.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 1-də Mingəçevir seysmoloji stansiyasından 23 kilometr cənub-şərqdə - Ağdaş rayonunun ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildiriblər ki, yerli vaxtla saat 10:35-də qeydə alınan zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.

Ocağı 30 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.