Ağstafada 5 otaqlı ev yanıb

15:02 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ağstafa rayonunun Göycəli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.