Ağstafadan olan şəhid Vüqar Sadıqovun dəfn mərasimi keçirilir

11:24 13.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulu 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir.

Hafta.az-ın məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçususu çavuş Sadıqov Vüqar Lətif oğlunun Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn mərasimi keçirilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Oxunma sayı 2489