Ağsu sakini “Mercedes”i aşırdı - Bir nəfər öldü 

14:25 23.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Abşeron rayonunun Təzəkənd kəndi ərazisində Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.