Ağsuda yaşayış evi yanıb

21:28 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 135 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.