Aİ-nin cavab qüvvələri 2023-cü ildə hazır olmalıdır - Borrell

14:32 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, 5000 nəfərə qədər Aİ çevik reaksiya qüvvəsi yaradılmalı və yeni ildə yerləşdirilməyə hazır olmalıdır. Bu barədə TASS məlumat yayıb.

Borrelin sözlərinə görə, müdafiə nazirləri cavab qüvvələri ilə iki ssenarini nəzərdən keçirməyi və öyrənməyi planlaşdırır.

"Bu gün biz Avropa İttifaqının öz Çevik Reaksiya Qüvvələrindən istifadə edə biləcəyi iki əməliyyat ssenarisini müzakirə edəcəyik" deyib Borrell.

Təşkilatın xarici siyasət xidmətinin rəhbəri əlavə edib ki, operativ qüvvələr 2023-cü ildə hazırlanmalıdır.